Mingəçevirdə 65 yaşlı kişi evində ölü tapılıb.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə iyulun 10-da saat 13 radələrində baş verib. Şəhər sakini, 1960-cı il təvəllüdlü Dünyamin Nazim oğlu Qasımovun meyiti yaşadığı Mingəçevir şəhəri İslamzadə küçəsi, ev 26/5-də tapılıb.
Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Məlumata görə, D.Qasımov uzun müddət qaraciyər sirrozu və mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkib.
Faktla bağlı araşdırma aparılır.
newsbaku.az