Çinin paytaxtı Pekində İkinci Dünya müharibəsində qələbənin 80-ci ildönümü şərəfinə keçirilən paradın yekun hissəsində Tyananmen meydanı üzərində 80 min sülh göyərçini və 80 min şar səmaya qalxıb.
newsbaku.az-ın TASS-a istinadən xəbərinə görə, parad Çinin “Vətən nəğməsi” ilə başa çatıb.
Qeyd edək ki, Çin Xalq Azadlıq Ordusu Çin xalqının Yaponiya aqressiyasına müqaviməti və dünya antifaşist müharibəsində Qələbənin 80 illiyi münasibətilə Tyananmen meydanında genişmiqyaslı hərbi parad keçirib.
Tədbirdə Çin Xalq Respublikasının Sədri Si Cinpin, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, eləcə də daha 24 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər.
newsbaku.az