Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusev ilə görüşüb.
newsbaku.az xəbər verir ki, bu barədə səfir özünün “X” hesabında paylaşım edib.
“Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla məhsuldar görüş keçirib səmərəli müzakirə apardıq. Azərbaycanın göndərdiyi humanitar yardımın yeni partiyası – enerji avadanlığı artıq Ukraynaya çatdırılıb. Bunun üçün minnətdarıq. Strateji tərəfdaşlığımızı daha da gücləndirmək üçün birgə addımlar barədə razılığa gəldik”, – deyə diplomat vurğulayıb.
newsbaku.az