Husilər İsrailin paytaxtını ballistik raketlərlə atəşə tutublar

image-plvtuor675z5vavdit0y41fxwomvxsqxcmycs9aa_1200backend

Yəmənin “Ənsar Allah” hərəkatı iki ballistik raketdən istifadə etməklə İsrail paytaxtındakı hədəflərə zərbələr endirildiyini açıqlayıb.

newsbaku.az TASS agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya yayıb.

O, hücum zamanı “Fələstin-2” adlı yeni hipersəsli ballistik raketdən və “Zülfüqar” ballistik raketindən istifadə edildiyini bildirib.

Y.Sariya əlavə edib ki, əməliyyat uğurla icra edilib və qarşıya qoyulan məqsədlərə tam nail olunub.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki