Biləsuvarda ağır QƏZA: Ölən və yaralananlar var

image-dvee7tlp8s8a13exm8ggtwyxwkbreitsjihomikn_1200backend

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə köhnə Bakı-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

newsbaku.az Oxu.Az istinadən xəbər verir ki, ilkin məlumata görə, iki minik və bir yük avtomobilinin toqquşması ilə nəticələnən qəzada bir nəfər həyatını itirib.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıların hamısı Cəlilabad rayon sakinləridir. Onlar Cəlilabad rayonunun Uzuntəpə kəndinin sakinləri – 2002-ci il təvəllüdlü Əlvan Şəfi oğlu Həmidov, 2002-ci təvəllüdlü Elmin Şaban oğlu Xanverdiyev və 2000-ci il təvəllüdlü Nəsib Bahadur oğlu Cəfərovdur.

Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Hadisənin təfərrüatı araşdırılır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki