Suriyanın paytaxtında keçmiş hərbi bazada güclü partlayış baş verib

image-vrvjuwwl0asbpovjzbzmvsrimrxudzke3ymkzn1w_640backend

Suriyanın paytaxtı Dəməşqdə Beynəlxalq Hava Limanı yaxınlığındakı keçmiş hərbi bazada güclü partlayış baş verib.

newsbaku.az-ın xəbərinə görə, bu barədə “Sinxua” nəşri məlumat verib.

Məlumata görə, partlayışa hava limanı ərazisində döyüşlərdən qalan sursat səbəb olub.

Suriyanın müxalif televiziya kanalı “Sham TV” isə partlayışın İsrail pilotsuz təyyarəsinin hərbi obyekti hədəf alması nəticəsində baş verdiyini bildirib.

Hələlik ölənlər və yaralananlar barədə məlumat yoxdur.

 

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki