“Azərbaycandan bizim üçün vacib olan qaz həcmlərini alırıq”.
newsbaku.az-ın xəbərinə görə, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Çində rusiyalı həmkarı Vladimir Putinlə görüşdə deyib.
“Bizə qaz çox lazımdır. Biz daha kiçik, lakin bizim üçün vacib olan həcmləri Azərbaycandan alırıq, lakin əsas hissə Rusiyadan gəlir” , – deyə o vurğulayıb.
Vuçiç Pekində Putinlə görüşdə təbii qaz tədarükünə dair yeni müqaviləyə üç şərtin daxil edilməsini istəyib: “Tədarükdə çeviklik, sərfəli qiymət və Rusiyadan gələn yanacağın həcminin artırılması. Bu amillər yaxın illərdə Serbiyanın enerji sabitliyini təmin etmək üçün vacibdir”.
newsbaku.az