“Qarabağ” yeni transferini hansı səbəbdən iştirak ərizəsinə daxil etməyib?

image-inshot_20250903_160619049-2backend

UEFA Çempionlar Liqasına iştirak ərizəsini göndərən “Qarabağ” yeni transferi Joni Montiel və Aleksey İsayevi siyahıya daxil etməyib.

newsbaku.az xəbər verir ki, bununla bağlı klubdan heç bir açıqlama verilməyib.

Xatırladaq ki, daha öncə yerli idman mediası futbolçunun zədəli olması və ya formadan kənarda qalması ilə bağlı xəbərlər dərc etmişdi.

Qeyd edək ki, Joni Montiel avqust ayının üçündə “Qarabağ” klubu ilə 2+2 illik müqavilə imzalamışdı. 26 yaşlı vinger “Rayo Valyekano” klubunun yetirməsidir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki