Kamçatkada (Rusiya) 6 bal gücündə zəlzələ baş verib.
newsbaku.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
“Maqnituda – 6. Petropavlovsk-Kamçatskidə intensivlik (ilkin qiymətləndirmə) – 3”, – məlumatda bildirilir.
Seysmoloqların məlumatına görə, zəlzələnin ocağı 18.2 km dərinlikdə yerləşib. Zəlzələ Petropavlovsk-Kamçatskidən 146 km aralıda baş verib.
Zərərçəkənlər və dəymiş ziyanla bağlı hələlik məlumat daxil olmayıb.
newsbaku.az