Masallı rayonunda fermer bədbəxt hadisə nəticəsində ölüb.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Qasımlı kəndində baş verib. 1984-cü il təvəllüdlü Rəşad Qədiməli oğlu Əsgərov özünə məxsus fermada təsərrüfat işləri gördüyü zaman ehtiyatsızlıqdan elektrik naqillərinə toxunduğundan elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
newsbaku.az