Oğuzda qanunsuz kömür quyuları aşkarlandı, altı nəfər cəzalandırıldı

image-nb9qua3roy2cxiiepnie7x5dhcpn6wk6wfraysjq_1200backend

Oğuz rayonunda polis əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi və sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirlər zamanı rayonun Xaçmaz kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb. Qeyd edilən icazəsiz fəaliyyətlə məşğul olan şəxslər barəsində toplanmış material qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına göndərilib.

Həmçinin profilaktik tədbirlər çərçivəsində rayon ərazisində məişət tullantılarını tutumlardan kənar yerlərə atan 6 şəxs barəsində də polis əməkdaşları tərəfindən inzibati protokol tərtib edilib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki