“Qarabağ” bu gün Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edəcək.
newsbaku.az Sportinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Olavio Juninyonu geri qaytarmaqda problemlə üzləşib.
Ağdam təmsilçisi “sambaçı”nı icarəyə götürmək istəsə də, “Flamenqo” razılaşmayıb. Braziliya klubu bu ilin yanvarında 5 milyon avroya “Qarabağ”dan transfer etdiyi hücumçu ilə müvəqqəti vidalaşmağa müsbət yanaşmayıb.
Braziliya təmsilçisinin nümayəndəsi “Qarabağ” tərəfinə 29 yaşlı forvardı birdəfəlik satmaq niyyətində olduqlarını bildirib. O, yalnız 4 milyon avro qarşılığında bu keçidin mümkün olacağını qeyd edib. “Qarabağ” isə həmin məbləği ödəməkdən boyun qaçırıb.
O.Juninyo isə hazırkı klubunun mövqeyindən məyusluq keçirib. O, “Qarabağ”ın mənsubları ilə əlaqə saxlayaraq, danışıqların gedişində yaranmış fikir ayrılığından təəssüfləndiyini dilə gətirib.
newsbaku.az