Fransa prezidenti Emmanuel Makronun istefası Avropa İttifaqının diplomatiyasını sarsıda bilər, lakin bu, ölkədəki daxili siyasi böhranı həll etməyəcək.
newsbaku.az xəbər verir ki, bu barədə Avropa diplomatik dairələrindəki mənbələrə istinadən “Politico” məlumat yayıb.
Qeyd olunub ki, Fransa siyasi sistemi iflic vəziyyətindədir və Makronun mümkün istefası ilə bağlı açıq müzakirələr aparılır. Nəşr bildirib ki, hətta baş nazir və dövlət başçısının dəyişməsi də artan dövlət borcunun və siyasi dalana dirənməsi problemini həll etməyəcək.
Sentyabrın 1-də məlum olub ki, solçu “Yenilməmiş Fransa” partiyası hazırkı hökumətə etimad səsverməsindən bir gün sonra Makronun istefası ilə bağlı parlamentə təşəbbüs irəli sürməyi planlaşdırır. Nazirlər Kabinetinə etimad səsverməsi bazar ertəsi, sentyabrın 8-nə təyin edilib.
newsbaku.az