Gədəbəydə dağdan yıxılan 55 yaşlı kişinin MEYİTİ TAPILDI

image-sx3iobyox5scg1bkq7n5rquwreckvspxpimgjxba_1200backend

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Qalakənd kəndində bir nəfərin dərəyə yıxılması barədə məlumat daxil olub.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, FHN-dən verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin hadisə yerinə ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən – xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki