Yerin yanından təyyarə ölçüsündə asteroidlər keçəcək

image-rqilohg9fb3c1axyxaackfm4xoysa6jmq2qrxe4g_1200backend

Sentyabrda təyyarə böyüklüyündə iki asteroid Yer kürəsinin yanından keçəcək.

newsbaku.az-ın “New York Post”a (NYP) istinadən verdiyi xəbərə görə, bu barədə kosmik agentliyin Yerə Yaxın Obyektlərin Tədqiqi Mərkəzi bildirib.

Qeyd olunub ki, hər biri sərnişin təyyarəsi ölçüsündə olan “2025 QD8” və “2025 QV5” asteroidləri müvafiq olaraq sentyabrın 3-də və 4-də Yer kürəsinin yanından keçəcək.

Məqalədə bildirilib ki, “2025 QD8” Yerdən 136 min mil – Aydan daha çox yaxın məsafədən keçəcək. İddia olunur ki, “2025 QV5” Yer kürəsinin yanından 500 min mil – son 100 ildə ən yaxın məsafədə uçacaq.

Astronomlar vurğulayıblar ki, hər iki kosmos cismi Yer üçün təhlükə yaratmır. Hətta asteroidlər birdən yerin səthinə düşməyə başlasalar belə, onların əsas hissəsi atmosferdə yanacaq.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki