Ramil Şeydayev karyerasını Türkiyədə davam etdirə bilər

image-rfa8dfdpewa0pk4j2g1jsormo7zhgoplfztomt80_1200backend

“Neftçi”nin yollarını ayırmaq istədiyi Ramil Şeydayevin xidmətində Türkiyə klubu maraqlıdır.

newsbaku.az Sportal.az saytına istinadən xəbər verir ki, azərbaycanlı hücumçu “Serikspor”un maraq dairəsindədir.

Hətta Türkiyə 1-ci liqasında yarışan klubun baş məşqçisi Sergey Yuranın Şeydayevin keçidinə müsbət yanaşdığı bildirilir.

29 yaşlı futbolçunun “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, əsas komandadan uzaqlaşdırılıb və hazırda fərdi qaydada məşq edir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki