Türkiyədə sərnişin avtobusu aşıb: Çox sayda yaralı var

image-4lagdpdzch6gtryf0dbgtueulgv3p70dubmpkt9z_640backend

Türkiyənin Şanlıurfa şəhərində sərnişin avtobusu aşıb.

newsbaku.az-ın xəbərinə görə, bu barədə İHA nəşri məlumat verib.

Məlumata görə, səhərə yaxın Şanlıurfa-Qaziantep yolunun Suruç rayonu yaxınlığından keçən hissəsində şəxsiyyəti hələlik məlum olmayan sürücünün idarə etdiyi sərnişin avtobusu idarəetməni itirərək aşıb.

Hadisə yerinə çox sayda yanğınsöndürən və jandarm qrupları göndərilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra təcili yardımla Şanlıurfa və Nizipdəki xəstəxanalara çatdırılıb.

Qəza nəticəsində üçü ağır olmaqla, 27 nəfər xəsarət alıb. Sürücü də daxil olmaqla, içində 43 sərnişinin olduğu avtobusun Vandan Hatay istiqamətində hərəkət etdiyi bildirilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

https://baku.tv/embed/217818

image-dau4n5ykuuqvuygxlpqpkr7utk6oes1evmgbtdz0_640 image-dhsvyyhvaifdr9hg1piz0ltbkzvqoeggfc0ueaug_640

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki