Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün müraciətinin Pakistan tərəfindən bloklanıb-bloklanmamasına dair suala cavab verməkdən yayınıb.
newsbaku.az bu barədə TASS-a istinadla xəbər verir.
“İndiki mərhələdə prosesin təfərrüatına toxunmayacağıq, lakin deyə bilərik ki, Ermənistanın üzvlüyü ilə bağlı kifayət qədər konstruktiv yanaşma və qarşılıqlı anlaşma müşahidə edirik”, – deyə o vurğulayıb.
Badalyan əlavə edib ki, bu anlayışı nəzərə alaraq, Ermənistan təşkilatla qarşılıqlı faydalı tərəfdaşlığı bundan sonra da inkişaf etdirmək üçün maraq göstərən ŞƏT-ə üzv dövlətlərlə işləməyə davam edəcək.
newsbaku.az