Ukrayna Ali Radasının keçmiş spikeri Andrey Parubiyin qətlində şübhəli bilinən şəxs həbs edildi

image-w3mk7dnao5v7xfwlyethv1d0kgesj9cdk8xwdi9n_1200backend

Lvov məhkəməsi Ukrayna Ali Radasının keçmiş spikeri Andrey Parubiyin qətlində şübhəli bilinən Mixail Stselnikovu zaminə buraxılmaq hüququ olmadan həbs etmək qərarına gəlib.

newsbaku.az-ın xəbərinə görə, bu barədə “Obşestvennoye” nəşri məlumat verib.

Məlumata görə, Lvovun Qalitski Rayon Məhkəməsi girov qoymaq hüququ olmadan 60 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Şübhəli şəxs qabaqlayıcı tədbirə etiraz etməyib.

Xatırladaq ki, Ukraynada Ali Radanın keçmiş spikeri Andrey Parubiy Lvovda silahdan dəfələrlə atəş açılaraq qətlə yetirilib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki