Yeni Zelandiya polisi rekord sayda narkotik vasitəni ələ keçirdi

image-jgn4aiql8irrywexbz85kltpggokngrfkhlq0u9m_1200backend

Yeni Zelandiya polisi ölkə tarixində rekord miqdarda 8.2 milyon dollar dəyərində maye ekstazi ələ keçirib.

newsbaku.az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının mətbuat xidməti məlumat yayıb.

Kriminal polis müfəttişi Darrin Tomson qeyd edib ki, bu miqdar ölkə üçün rekorddur. Ümumilikdə “maye ekstazi” kimi tanınan 1950 kq qamma-butirolakton müsadirə edilib. “Hermes” adı verilən əməliyyat altı ay davam edib, gömrük və digər hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib.

Əməliyyat zamanı ekstazidən əlavə ümumi çəkisi 10 kq-dan çox olan, dəyəri 2.2 milyon dollar olan bir neçə metamfetamin partiyası ələ keçirilib.

38-75 yaşlarında olan dörd kişi saxlanılaraq Vellinqtonda məhkəmə qarşısına çıxarılıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki