Bu gün UEFA Konfrans Liqasının (KL) pley-off mərhələsinin püşkü atılacaq.
newsbaku.az xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Püşkatma nəticəsində UEFA Konfrans Liqasında mübarizə aparan “Araz-Naxçıvan” və “Sabah”ın pley-offa yüksələcəyi təqdirdə rəqibləri bəlli olacaq.
“Araz-Naxçıvan” “səpələnmişlər” səbətində, “Sabah” isə “səpələnməmişlər” səbətində yer alacaq.
Xatırladaq ki, təmsilçilərimizdən “Araz-Naxçıvan” Yunanıstanın “Omoniya”, “Sabah” isə Bolqarıstanın “Levski Sofiya” klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off oyunları avqust ayının 21 və 28-də baş tutacaq.
newsbaku.az