Əminənin qətlə yetirilmədən əvvəlki səs yazıları YAYILDI

image-qgbojjrem46r4byefaun66jsxf9a4ebm1bx50krz_1200backend

Abşeron rayonunda qadının qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.

newsbaku.az Xəzər TV-yə istinadla xəbər verir ki, səhər saatlarında “Xəzər Xəbər”in “WhatsApp” qaynar xəttinə müraciət edən 53 yaşlı Əminə Məlikova bir neçə saat sonra qaynı tərəfindən öldürülüb.

Əminə Məlikova Saray qəsəbəsində yaşayan qaynı Pərviz Məlikovla mülk üstündə yaranan mübahisələr səbəbindən evin dağıdıldığını, şüşələrin sındırıldığını əks etdirən videolar göndərərək məsələni ictimailəşdirməyi və qaynı barəsində tədbir görülməsini xahiş edib.

Qadın, həmçinin səs yazılarında uzun müddət davam edən təhdidlərdən danışıb. Hadisə yerinə çatdıqdan sonra isə Əminə Məlikovanın öldürülməsi məlum olub.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki