Birləşmiş Millətlər Təşkilatının (BMT) 19 əməkdaşı Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının döyüşçüləri tərəfindən saxlanılıb.
newsbaku.az xəbər verir ki, bu barədə “Arabnews” BMT baş katibinin mətbuat katibi Stefan Düjarrikin bəyanatına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, saxlanılanlardan 18-i BMT-nin yəmənli əməkdaşları, biri isə əcnəbidir.
S.Düjarrik bütün saxlanılanların dərhal azad edilməsinə çağırıb.
newsbaku.az