Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın Qara Dəniz Donanmasının yüksəksürətli katerini məhv edib.
newsbaku.az–ın UNİAN “Telegram” kanalına istinadən xəbərinə görə, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrindən məlumat verilib.
Məlumata görə, Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın hava-desant qoşunları bölməsini Tendrovskaya Kosa adasına (Qara dənizin şimal-qərb sahili yaxınlığında, Xerson bölgəsində bir ada – red.) endirməyə cəhd edən yüksəksürətli kateri vurub.
Əməliyyat zamanı Rusiyanın yeddi hərbçisi ölüb, dördü yaralanıb.
newsbaku.az–