Goranboyda avtomobil yolu keçmək istəyən 14 və 17 yaşlı bacıları vurub

image-aeuqnv6gunmyyhbvmpt678jnweb5i7jc3z6yfsgj_1200backend

Goranboyda avtomobil iki piyadanı vurub.

newsbaku.az xəbər verir ki, hadisə Goranboy-Naftalan yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2107 markalı minik maşını yolu keçmək istəyən piyadalar 2011-ci il təvəllüdlü D.Kərimova və onun bacısı 2008-ci il təvəllüdlü N.Kərimovanı vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Qeyd olunub ki, 2008 və 2011-ci il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əzilməsi, bel-oma nahiyəsinin küt travması diaqnozu təyin olunub.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2008-ci il və vəziyyəti orta ağır qiymətləndirilən 2011-ci il təvəllüdlü yeniyetmələr Gəncə şəhərindəki özəl tibb müəssisəsinə təxliyə olunublar.

Qəzadan sonra VAZ-2107 yolunun kənarına aşıb. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki