Ağ Ev Hindistanı Rusiya-Ukrayna münaqişəsini maliyyələşdirməkdə ittiham etdi

image-6862bdf31b1fb6862bdf31b1fc17513016196862bdf31b1f96862bdf31b1fabackend

ABŞ Prezidenti Donald Tramp Hindistanın Rusiya neftini almaqla Ukraynadakı münaqişəni maliyyələşdirdiyini hesab edir.

newsbaku.az-ın xəbərinə görə, bu barədə Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller “Fox Business”ə müsahibəsində bildirib.

“O, aydın şəkildə dedi ki, Hindistanın Rusiyadan neft almaqla bu müharibəni maliyyələşdirməsi qəbuledilməzdir”, – deyə Miller vurğulayıb.

O qeyd edib ki, Tramp Ukraynadakı münaqişənin həlli üçün diplomatik və maliyyə üsulları da daxil olmaqla, bir sıra rıçaqları nəzərdən keçirir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki