newsbaku.az — Hermès markasının orijinal Birkin çantasının Parisdə keçirilən hərracda rekord qiymətə satılması lüks dünyasında böyük rezonans yaratdı.
Keçən ay Sotheby’s hərracında doqquz nəfərin mübarizəsi nəticəsində çanta 7 milyon avroya satıldı. Komissiyalarla birlikdə, anonim telefon alıcısı olan yapon biznesmen Şinsuke Sakimoto bu çanta üçün 10.1 milyon dollar ödəyərək hərrac tarixində ən bahalı əl çantası alıcısı oldu.
“Bu, mənim tək bir əşya üçün etdiyim ən bahalı alışdır,” — deyə Sakimoto “Valuence Holdings” şirkətinin CEO-su ilk dəfə bu alış barədə danışarkən qeyd edib. O, həm həyəcan, həm də qarışıq hisslər yaşadığını bildirib: “Çox həyəcanlı idim, amma eyni zamanda mədəm bulanırdı.”
Şinsuke Sakimoto əvvəlcə Yaponiya futbol liqasında çıxış etmiş, 22 yaşında idman karyerasını bitirdikdən sonra lüks ikinci əl bazarına daxil olmuş və 2004-cü ildə Osaka şəhərində ilk mağazasını açmışdır. 2011-ci ildə isə “Sou” şirkətini təsis edərək, hazırda “Valuence Holdings” adı ilə fəaliyyət göstərir
— Hermès markasının orijinal Birkin çantasının Parisdə keçirilən hərracda rekord qiymətə satılması lüks dünyasında böyük rezonans yaratdı.
Keçən ay Sotheby’s hərracında doqquz nəfərin mübarizəsi nəticəsində çanta 7 milyon avroya satıldı. Komissiyalarla birlikdə, anonim telefon alıcısı olan yapon biznesmen Şinsuke Sakimoto bu çanta üçün 10.1 milyon dollar ödəyərək hərrac tarixində ən bahalı əl çantası alıcısı oldu.
“Bu, mənim tək bir əşya üçün etdiyim ən bahalı alışdır,” — deyə Sakimoto “Valuence Holdings” şirkətinin CEO-su ilk dəfə bu alış barədə danışarkən qeyd edib. O, həm həyəcan, həm də qarışıq hisslər yaşadığını bildirib: “Çox həyəcanlı idim, amma eyni zamanda mədəm bulanırdı.”
Şinsuke Sakimoto əvvəlcə Yaponiya futbol liqasında çıxış etmiş, 22 yaşında idman karyerasını bitirdikdən sonra lüks ikinci əl bazarına daxil olmuş və 2004-cü ildə Osaka şəhərində ilk mağazasını açmışdır. 2011-ci ildə isə “Sou” şirkətini təsis edərək, hazırda “Valuence Holdings” adı ilə fəaliyyət göstərir.
Jalə Quliyeva
newsbaku.az