Dünyanın ən böyük liderindən Qafqazın ən böyük liderinə: “Siz çox böyük lidersiniz!” mesajı

image-73fda0d3-d2e6-45b5-9116-e9d8d549a510backend

Mən ABŞ prezidenti Donalt Trampın nə ilk nə də ikinci prezidentlik dönəmində hansısa dövlət başçısına “Siz çox böyük lidersiniz!” dediyini xatırlamıram amma bu gün bunu hamılıqla eşitdik, duyduq. Həm də ən böyük güc mərkəzi ABŞ prezidentinin dilindən! İlham Əliyevin “Dəmir Yumruq”-la başlayan Qarabağ zəfəri dəyirmi masada dünən qətiləşdi. Həm də milyonların, yüz milyonların gözü önündə. O, Azərbaycanın yeganə qalib prezidenti adını qızıl hərflərlə şanlı tariximizə yazdırdı. Suqovuşanda başlayan zəfər yürüşü Vaşinqtonda finişinə çatdı.

Dünən həm də İlham Əliyevin “nəyi nə vaxt və necə etmək lazımdır, mən bilirəm” sözlərindəki mesajı bu gün oxuya bilirik. Cənab İlham Əliyev Qarabağ hekayəsini pillə-pillə, qədəm-qədəm yazdı. Çünki, arxasında xalq vardı, ona inanan, etibar edən milyonlar vardı. Xalqı arxasında hiss edən bir liderin ölkəsi üçün edə bilməyəcəyi heç bir şey yoxdur. İlham Əliyev kimi.

Bu gündən etibarən dünyanın gözünün içinə baxa-baxa bunu deyə bilirik:

Qarabağ Azərbaycandır!

Əliyev İlham Heydər oğlu bu iki kəlməni dünyaya mesaj olaraq çatdırdı. Çox rahat, çox profesional…

Toğrul Allahverdili
NewsBaku


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki