Dünya çempionatına dopinqə görə qatıla bilməyən argentinalı futbolçu İtaliya klubunda

image-fifa-world-cup-qatar-2022argentina-v-france-finalbackend

DÇ-2022 ərəfəsində antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilən argentinalı vinger Papu Qomes İtaliyanın “Padova” klubu ilə müqavilə imzalayıb.

newsbaku.az B Seriyası təmsilçisinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı futbolçu ilə müqavilənin müddəti ikiillikdir.

Onun avqustun 19-dan sonra komanda ilə məşqlərə başlaya biləcəyi, buna qədər isə fərdi şəkildə hazırlaşacağı bildirilib.

Qeyd edək ki, 2022-ci ilin oktyabrında hücumçudan götürülən dopinq testləri müsbət çıxdığı üçün 2023-cü ilin payızında iki il müddətinə diskvalifikasiya olunmuşdu.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki