Altı ayda rüşvət alan 10 nəfər cinayət başında yaxalanıb

image-jbackend

Bu ilin 6 ayı ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin əməliyyat qurumları tərəfindən 59 cinayət işi başlanıb.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsində Baş idarə rəisi Nazim Rəcəbov deyib. O bildirib ki, hesabat dövründə 12 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 10 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 7 nəfər saxlanılıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki