“Avropa İttifaqı (Aİ) ölkələri Ukraynada müharibənin davam etdirilməsi üçün mümkün olan hər şeyi edirlər.
newsbaku.az “Sputnik Gürcüstan” “Telegram” kanalına istinadən xəbər verir ki, bu sözləri Baş nazir İrakli Kobaxidze brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, “Qlobal müharibə partiyası” Ukrayna məsələsini bütünlüklə Avropanın üzərinə qoymaq üçün hər şeyi edir və bununla da bir daşla iki quş vurmağa – eyni zamanda, həm Avropanı, həm də Rusiyanı məhv etməyə çalışır.
“Bu baxımdan Gürcüstanda ikinci cəbhənin açılması zərurəti müharibənin başlanğıcında olduğu kimi aktualdır. Bu gün Aİ üzv ölkələrin rəhbərləri tərəfindən o dərəcədə kəskin hərbi ritorika səslənir ki, hərbi qarşıdurmanın nəinki sonu görünmür, hətta onun uzanması üçün hər şey edilir”, – deyə İrakli Kobaxidze bildirib.
newsbaku.az