“Beşiktaş” futbol klubu ingiltərəli sağ cinah müdafiəçisi Kayl Uoker-Piterslə müqavilə imzalayıb.
newsbaku.az-ın “Sabah”a istinadən verdiyi xəbərə görə, “ağ-qaralar” oyunçuya üçillik müqavilə təklif ediblər.
Bu, “Beşiktaş”ın David Yuraçek və Temmi Abrahamdan sonra üçüncü transferi olub.
Ötən mövsüm Uoker-Piters “Sauthempton”da çıxış edib.
newsbaku.az