Astanada dəhşətli yanğın: “Şanxay” bazarını bir anda alov bürüdü

image-xnrsjwioonmip0tine1stpoqpww3pvxgmakjw1vv_1200backend

Qazaxıstanın paytaxtı Astanada Alaş şosesi yaxınlığındakı Baykonur rayonunda “Şanxay” bazarı yanıb.

newsbaku.az-ın “Tengrinews”a istinadən xəbərinə görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumata görə, hadisə yerində yanğınsöndürmə qərargahı yaradılıb. Həmçinin FHN-in komandanlıq mərkəzində hərəkətlərin koordinasiyası üzrə qərargah yerləşdirilib.

İlk bölmələr gələnə qədər yanğın böyüyüb və döşəmələrarası qat qismən çöküb. Yüksək yanğın yükü və güclü tüstü isə söndürməni çətinləşdirib.

Görülən tədbirlərlə yanğın lokallaşdırılıb. Ölən və ya xəsarət alan yoxdur. Yanğınsöndürənlər alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıblar.

image-vun3gcv5okddxf0oaj63dulvrlcqmijpf1ucu5qd_1200 image-4xarc1uymjghrdgi2neeqeikm68ygfcscwii6lgn_640 image-yrgt2uq4hr88rla4sdnd2uut8xirili2mxixdxvg_640 image-q2idblikz2t1oyzou1gdi0bhaqkxqdpfo5po3anr_640 image-zdoau735u7ob0ach44jt3m0vc1qwmui2zmkevjjx_640

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki