ARDNF İtaliyada “Enfinity”nin günəş enerjisi aktivlərinin 49%-ni alacaq

image-gunesssbackend

Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) İtaliyada günəş enerjisi sahəsindəki investisiyalarını genişləndirmək məqsədilə ABŞ-nin “Enfinity Global Inc.” şirkətinin aktivlərində 49%-lik pay alacaq.

newsbaku.az “Report”a istinadən xəbər verir ki, sövdələşməyə əsasən, ARDNF “Enfinity”yə məxsus 402 meqavatlıq portfelin 49%-ini əldə edəcək. Bu portfelə İtaliyanın “Latsio” və Emiliya-Romanya bölgələrində yerləşən 14 günəş elektrik stansiyası (həm istismarda olan, həm də inşası davam edən layihələr) daxildir.

Layihələr uzunmüddətli enerji alqı-satqı müqavilələri ilə təmin olunub. “Enfinity” şirkəti isə nəzarət payını saxlayacaq.

“Bu investisiya İtaliyada yeni layihələrin inkişafını maliyyələşdirməyə imkan verəcək. Bərpa olunan enerji bazarında hələ də böyük inkişaf potensialı var”, – deyə “Enfinity”nin baş direktoru Karlos Domeneç bu sövdələşmə ilə bağlı keçirilən tədbirdə bildirib.

Hazırda ARDNF-nin infrastruktur, daşınmaz əmlak, səhmlər və digər aktivlər daxil olmaqla 60 milyard ABŞ dollarlıq investisiya portfeli mövcuddur.

“Bu, İtaliyada və daha geniş miqyasda Avropada bərpa olunan enerji sahəsində mövcudluğumuzu genişləndirmək üçün atılan ilk addımdır”, – deyə ARDNF-nin icraçı direktoru İsrafil Məmmədov vurğulayıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki