“Labubu” oyuncaqlarının bəzi sahibləri “iblis nəzəriyyəsi”nə görə bu kuklaları yandırırlar.
newsbaku.az xəbər verir ki, bu barədə “MustShare News” nəşri məlumat yayıb.
Sosial şəbəkələrdə yayılan şayiələrə görə, “Labubu” oyuncaqlarının Mesopotamiya mifologiyasındakı iblis – “Pazuzu” obrazı ilə əlaqəli olduğu iddia edilir. “Pazuzu” ənənəvi olaraq aslan sifətində, qabarıq gözlü, qanadlı və quş pəncəli şəkildə təsvir olunur. O, bədbəxtlik və fəlakət gətirən cənub-qərb küləyinin hökmdarı hesab edilir.
Bəzi istifadəçilər bildirirlər ki, “Labubu”nun görünüşü – xüsusilə qabarıq gözləri və hiyləgər təbəssümü iblisin təsvirini qorxulu şəkildə xatırladır. Bu əlaqə “Pazuzu”nun 1973-cü ildə çəkilən “The Exorcist” (“Şeytanı qovan”) adlı kult filmində görünməsindən sonra daha çox rezonans doğurub. Həmin filmdə Pazuzu azyaşlı bir qızın ruhunu ələ keçirən pis varlıq kimi təqdim olunurdu.
KİV-lərdə yayılan məlumatlara görə, bəzi “Labubu” sahibləri bu nəzəriyyədən o qədər qorxublar ki, oyuncaqların “şeytani enerji” daşıya biləcəyini düşünərək onları yandırmağa başlayıblar.
Bununla belə, ekspertlər və əksər sosial media istifadəçiləri “Labubu” ilə “Pazuzu” arasında iddia edilən əlaqənin sırf fərziyyə və spekulyasiya olduğunu bildirirlər.
newsbaku.az