Son 40 gün ərzində Azərbaycan Respublikası, eləcə də onun vətəndaşları namizəd olduqları və beynəlxalq təşkilatlar çərçivəsində keçirilmiş 6 seçkidən hamısında qələbə qazanıb.
newsbaku.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan Respublikasına artan etimadın bariz göstəricisidir.
Sözügedən 6 seçki prosesini təqdim edirik:
– BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurası (2025-2029-cu illər üzrə);
– BMT Turizmin İcraiyyə Şurası (2025-2029-cu illər üzrə);
– UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Komitə (2025-2029-cu illər üzrə);
– BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin üzvlüyü (2026-2029-cu illər üzrə);
– BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsinə sədrlik;
– Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Katibi.
newsbaku.az