“Çelsi”nin azarkeşlərinə BƏD XƏBƏR: Xalları silinəcək

image-xyef9xzvcaavupssphasvc2ze5znd6tongj1pzig_1200backend

İngiltərə Futbol Assosiasiyası (FA) London təmsilçisi “Çelsi” klubunu agentlərlə iş prinsiplərini sistemli şəkildə pozmaqda rəsmi olaraq ittiham edib.

newsbaku.az xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, “Çelsi” 2009-2022-ci illər arasında agentlərlə əməkdaşlıq qaydalarını 74 dəfə pozub.

Söhbət futbolçuların transferi zamanı aparılan danışıqlarda şəffaflıq, müqavilə şərtləri və maliyyə öhdəliklərinin pozulmasından gedir.

FA tərəfindən irəli sürülən ittihamlar təsdiqlənərsə, “Çelsi” klubunu xal silinməsi və transfer qadağası da daxil olmaqla ciddi sanksiyalar gözləyir.

Məsələ ilə bağlı əlavə araşdırmaların davam etdiyi və qərarın yaxın həftələrdə açıqlanacağı bildirilib.

Qeyd edək ki, “Çelsi” 2022-ci ildə amerikalı iş adamı Todd Boehi tərəfindən satın alındıqdan sonra klubun əvvəlki rəhbərliyi – xüsusilə Roman Abramoviç dövrü ilə bağlı araşdırmalar intensivləşib. FA və Premyer Liqa nümayəndələri 2009-2022-ci illər arasında həyata keçirilən bəzi transferlərin və maliyyə əməliyyatlarının şəffaf olmaması ilə bağlı şübhələr irəli sürmüşdü.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki