UEFA Avropa Liqasının 2025/26 mövsümündə hansı komandaların ön plana çıxacağı artıq bəlli olub.
newsbaku.az xəbər verir ki, favoritlərin siyahısı “Opta” superkompüteri tərəfindən hazırlanıb.
Turnirin əsas favoriti olaraq İngiltərənin “Aston Villa” klubuna 21.6% şans verilib. İtaliyanın “Roma” klubu 12.8%-lə ikinci sırada qərarlaşarkən, İngiltərə təmsilçisi “Nottingem Forest” isə 11.3% göstərici ilə ilk üçlükdə yer alıb.
Ən zəif ehtimal isə Niderland təmsilçisi “Utrext”ə verilib – cəmi 0.5%.
Qeyd edək ki, Türkiyənin Avropa Liqasındakı yeganə təmsilçisi “Fənərbağça” üçün çempionluq şansı 2.1% olaraq qiymətləndirilib.
newsbaku.az