Milli Məclisdə işğaldan azad edilmiş ərazilərdəki dini abidələr müzakirə ediləcək

image-ojes6ja3iglez9eylsjqw2u0cublztr4m1ipjelj_1200backend

Milli Məclisdə işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin durumu, bərpası ilə bağlı qarşıya çıxan problemlər və həqiqətlərin beynəlxalq ictimai rəyə çatdırılması imkanlarının ictimai müzakirəsi keçiriləcək.

newsbaku.az Oxu.Az-a istinadən xeber verir ki, bu məsələ parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsində öz əksini tapıb.

Bundan əlavə, dini abidələrin durumu və ictimai birliklərin mövcud durumu ilə bağlı ictimai müzakirələrin keçirilməsi də layihədə öz əksini tapıb.

İctimai müzakirələr payız sessiyası müddətində Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi ilə Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin cavabdehliyində baş tutacaq.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki