“Ümumi təhsil müəssisələrində rus dili bölmələrinin bağlanması ilə bağlı məsələ gündəmdə deyil”.
newsbaku.az Oxu.Az -a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair brifinqdə deyib.
Nazir qeyd edib ki, müəyyən formada müəllim çatışmazlığı səbəbindən bəzi ixtisarlar ola bilər, amma bu, rus dili bölmələrinin bağlanması anlamına gəlmir.
newsbaku.az