Fransada etiraz aksiyaları zamanı saxlanılanların sayı açıqlanıb

image-ofmktdxaevmy0zdhsmh0kpv8ehxxdyq3tewjemce_1200backend

Sentyabrın 10-da Fransada “Hər şeyi bloklayın!” etiraz hərəkatında iştirak etdiyinə görə 675 nəfər saxlanılıb ki, onlardan 280-i Paris ərazisində olub.

newsbaku.az “Le Figaro” qəzetinə istinadən xəbər verir ki, bu barədə Fransa polisi məlumat yayıb.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanlardan 549 nəfər nəzarətə götürülüb. Departamentdən bildirilib ki, sentyabrın 10-dan 11-nə keçən gecə yeni qarşıdurmalar əlavə həbslərə səbəb olub.

Parisdə vəziyyət gərgin olaraq qalıb. Polis prefekti Loran Nunyes qeyd edib ki, gecə saatlarında, xüsusən Fiesta meydanında yeni insidentlər baş verib. Onun sözlərinə görə, sentyabrın 11-də səhər saatlarında paytaxtda 280 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyi sentyabrın 11-i səhər saat 8-ə qədər Parisdə daha 164 nəfərin saxlanıldığını açıqlayıb.

Loran Nunyes “Hər şeyi bloklayın!” aksiyasının uğurlu olmadığını bildirib.

Xatırladaq ki, sentyabrın 10-da etirazçılar Parisdə Lion vağzalını ələ keçiriblər. Onlarla nümayişçi stansiya binasına daxil olub.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki