Qusar rayonunda 33 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 10-u saat 13 radələrində rayonun Aşağı Ləgər kəndi ərazisində baş verib.
Kənd sakini, 1992-ci il təvəllüdlü Hacıverdi Akif oğlu Səfərov həmkəndlisi B.Babayevin evində təmir işləri görərkən elektrik cərəyanı vurmasından ölüb.
Faktla bağlı araşdırma aparılır.
newsbaku.az