Zərdabda 22 yaşlı qadın oğurlandı

image-ybrc7jpuzrb1gmabycppb26jaxvzbucvo6cxb4qm_1200backend

Zərdab rayonunda 22 yaşlı qadın oğurlanıb.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 9-da rayonun kəndlərindən birində baş verib.

2003-cü il təvəllüdlü qadın evlənmək məqsədilə iradəsinə zidd olaraq oğurlanıb.

Hadisədən dərhal sonra polis əməkdaşları əməliyyat tədbirləri keçiriblər və cinayəti törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü İzzət Rəhmanoğlu saxlanılıb.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi üzrə cinayət işi başlanılıb. İ.Rəhmanoğlu cinayət məsuliyyətinə cəlb olunub.

Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində oğurlanan qadının yeri müəyyən edilərək valideynlərinə təhvil verilib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki