Bakı və ətraf ərazilərdə duzsuzlaşdırılmış dəniz suyundan istifadənin vaxtı məlum oldu

image-oip-8backend

2027-ci ildən Bakı və ətraf ərazilərdə duzsuzlaşdırılmış dəniz suyundan istifadə edilməsi nəzərdə tutulur.

newsbaku.az bu barədə Bakıda keçirilən II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının – “Baku Water Week”in (Bakı Su Həftəsi) açılışı çərçivəsində məlumat əldə edib.

Belə ki, artıq bu il müvafiq sahədə beynəlxalq şirkətlərlə müqavilələrin bağlanması və layihə sənədlərinin hazırlanması işləri yekunlaşdırılacaq.

2026-cı ildə isə dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində bir pilot layihə həyata keçiriləcək.

Beləliklə, sözügedən işlər tamamlandıqdan sonra 2027-ci ildən Bakı şəhərinin və ətraf ərazilərin içməli su təminatında duzsuzlaşdırılmış dəniz suyundan istifadə ediləcək.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki