Psixoloq Fəridə Musəvi: “Ayaqda diqqət çəkən rəng olmasın”

image-oip-12backend

Müasir psixologiya və enerji praktikaları arasında körpü quraraq insanın daxili balansını anlamağa çalışan mütəxəssislər, son zamanlar frekans anlayışına xüsusi diqqət yetirirlər. Frekansın aşağı olması təkcə fiziki yorğunluqla deyil, həm də səbəbsiz əhvali-ruhiyyə dəyişiklikləri, halsızlıq və daxili narahatlıqla özünü göstərə bilər.

Bu barədə newsbaku.az-a açıqlama verən psixoloq Fəridə Musəvi öz fikirlərini bizimlə bölüşdü.

“Frekansın aşağı hiss olunması insanın əhvali-ruhiyyəsinin aşağı olması, səbəbsiz kefin pozulması, bədən ağrıları, yorğunluq, halsızlıq kimi hiss olunur.

Frekansı normaya salmaq üçün mütləq olumlamalar etmək, qadın enerjisini artırmaq, çakralar isə balanslı olmalıdır. Çakra-bədəndə enerjilərin dolaşdığı əsas nöqtələrdir. Düzdür bədəndə enerjilərin dolaşdığı çox nöqtə var amma biz ən əsası 7-ni əsas götürürük. Bəzən eşidirik ki, “filankəsdə çakralar bloklanıb” bu tamamən yanlış fikirdir. Çakra canlı insanda bloklana bilməz, sadəcə balansı pozula bilər.

Qeyd edilməlidir ki, rənglərində frekansa təsiri var. Xüsusi fikir verməliyik ayağımızda diqqət çəkən bir şey olmasın. Çünki nə qədər ayaqda və ya aşağı hissələrə fikir yönələrsə bir o qədər frekansımız aşağı düşmüş olacaq”,- psixoloq bildirdi.

Nuranə Məmmədova

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki