“Rusiya Prezidenti Vladimir Putin Volodimir Zelenskini Moskvaya kapitulyasiya (təslim olmaq) üçün deyil, söhbətin baş tutması üçün dəvət edib”.
newsbaku.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Niyə məhz Moskvanın seçildiyi sualına cavabında Kreml nümayəndəsi qeyd edib ki, bu, Putinin təklifi olub.
“Bu onun təklifi idi və biz görürük ki, şəxsən Zelenski tərəfindən onun xarici işlər naziri vasitəsilə rədd edilib”, – deyə Dmitri Peskov bildirib.
newsbaku.az