Azərbaycan Tibb Universitetinə yeni prorektor təyin OLUNDU

image-s3wbuyynrpr8xbirrwqleknee5i6xi70xtwfxopy_1200backend

Azərbaycan Tibb Universitetinə yeni prorektor təyin olunub.

newsbaku.az  xəbər verir ki, bu barədə universitet paylaşım edib.

Bildirilib ki, Anar Əzəm oğlu Ağayev Azərbaycan Tibb Universitetinin (ATU) Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Anar Ağayev 2001-2004-cü illər ərzində ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında baş laborant, 2004-2005-ci illərdə stajor assistent, 2005-2008-ci illərdə baş müəllim, 2008-2017-ci illərdə dekan müavini, 2017-2022-ci illərdə dekan, 2018-2025-ci illərdə professor vəzifəsində çalışıb.

2022-2023-cü illərdə TƏBİB-in İlkin səhiyyə və təcili yardım departamentinin rəhbəri, 2023-2024-cü illərdə TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin rəhbəri, 2024-2025-ci illərdə TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri, 02.04.2025-ci ildən 03.09.2025-ci ilədək TƏBİB-in İcraçı direktorunun müşaviri olaraq çalışıb.

A.Ağayev 2025-ci ilin 5 sentyabr tarixindən Azərbaycan Tibb Universitetinin Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

newsbaku.az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki