Ağdaşda VAZ-2106 ağaca çırpıldı, xəsarət alanlar var

image-croppedimg_623996847backend

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ağdaş-Qəbələ yolunda baş verib.

VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində avtomobildə olan, Ağdaş rayonunun Türyançay qəsəbə sakinləri – 1998-ci il təvəllüdlü Namiq Elxan oğlu Abdullayev və 1989-cu il təvəllüdlü Nurlan Nadir oğlu Səfərov xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

newsbaku.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki