Ermənistan KİV: “Qarabağı könüllü tərk edən ermənilər Rusiya-Ukrayna müharibəsinə qatılırlar”

image-img_2994backend

Qarabağı könüllü tərk edən ermənilər son aylarda kütləvi şəkildə Rusiyaya gedir və Rusiya-Ukrayna müharibəsində iştirak etmək üçün yaradılan könüllü dəstələrə qoşulurlar.

newsbaku.az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” nəşri məlumat yayıb.

Mənbə iddia edir ki, Qarabağı tərk edən ermənilər Rusiyada yaradılan “ArBat” xüsusi təyinatlı erməni batalyonuna (muzdlu batalyonu) qoşulur və burada yüksək maaşla təmin edilirlər.

Məqalədə, həmçinin qeyd edilir ki, müharibədə iştirak edən ermənilərə və onların ailə üzvlərinə sürətləndirilmiş qaydada Rusiya vətəndaşlığı verilir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki