Dəmirçi-Lahıc avtomobil yolu ÇÖKDÜ – Sürüşmə hər gün daha da ARTIR

image-uw3cdpktx8fcxwhunbt2ksjfvr11ri6zbfw5wy4f_1200backend

Dəmirçi-Lahıc avtomobil yolunda çökmə baş verib. Yolun əsas hərəkət zolağı sürüşməyə məruz qalıb, iri yarğanlar yaranıb, asfalt qatı isə tamamilə sıradan çıxıb.

“Bütün yollar pis gündədir, hər yerdə uçurum yaranıb. Sürüşmə hər gün daha da artır, hərəkət etmək mümkünsüzdür”, – sürücülərdən biri deyib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) isə bildirilib ki, Dəmirçi-Lahıc yolu aktiv sürüşmə zonasında yerləşdiyi üçün yolun 6, 9 və 11-ci kilometrlik hissələrində tez-tez sürüşmələr baş verir. Əraziyə canlı qüvvə və texnika cəlb olunub, nəqliyyatın təhlükəsiz hərəkəti təmin olunur.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki